Azərbaycanın İrandakı səfirliyinə hücum edən terrorçu Yasin Hüseynzadənin bir neçə ilə əvvəl öldürülən general Qasım Süleymani ilə birgə fotosu üzə çıxıb.
BUTA.TV xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat paylaşılıb.
Y.Hüseynzadənin Süleymaninin sol tərəfində dayanan şəxs olduğu bildirilir. Qeyd edək ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyinə silahlı hücum olub. Hücum edən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisini qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar.
Xatırladaq ki, 3 yanvar 2020-ci ildə SEPAH-ın Qüds briqadasının komandanı Qasım Süleymani Bağdad hava limanında ABŞ PUA-larının dəqiq zərbəsi nəticəsində məhv edilib.
- Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
- İntensiv yağışlar davam edir
- Keşlədə kollektor üzərində tikilmiş ev sökülür
- FHN əhaliyə təkrar müraciət etdi
- ADSEA sədri kollektorun çökdüyü ərazidə - Video
- Quba və Qusardan sel keçir
- Sabahdan etibarən bu pullar kartınızdan çıxılacaq
- Küləkli hava ilə bağlı xəbərdarlıq edildi