2022-ci ilin sonu - 2023-cü ilin əvvəlində Rusiya hakimiyyəti üçün ölkədə inflyasiyanın artımının qarşısını almaq çətinləşib.
BUTA.TV xəbər verir ki, bu barədə “Kommersant” qəzeti yazıb.
“Dekabrın sonu, yanvarın əvvəlində federal büdcə xərcləri gözləniləndən 2,1 trilyon rubl çox olub və bu ilin ilk ayında bu məqsədlər üçün xəzinədən daha 0,9 trilyon rubl götürülüb”, - qəzet bildirib.
“Blumberq”in analitiki Aleksandr İsakovun sözlərinə görə, hazırkı şəraitdə Rusiyada istehlak qiymətlərinin artım səviyyəsi əvvəlkindən daha az proqnozlaşdırıla bilən olacaq. Bu ssenaridə rəsmilər rublu saxlamaq üçün əlavə kompensasiya haqqında düşünəcəklər.
- ADSEA sədri kollektorun çökdüyü ərazidə - Video
- Quba və Qusardan sel keçir
- Sabahdan etibarən bu pullar kartınızdan çıxılacaq
- Küləkli hava ilə bağlı xəbərdarlıq edildi
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Kəlbəcər yolunda qar uçqunu baş verdi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- ADSEA ərazilərdə yığılan yağış sularını kənarlaşdırır - Video