Bakıda ofisə basqın edilib.
BUTA.TV Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonunun Ə.Rəcəbli küçəsində yerləşən ofislərin birində baş verib.
Dünən gecə saatlarında Samir Qarayev adlı şəxs idmançı dostu ilə birlikdə ofisə daxil olaraq obyekt sahibi Musa Allahverdi oğlu Allahverdiyevi döyüb.M. Allahverdiyev ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Nərimanov rayonunun Ə.Rəcəbli küçəsində yerləşən ofislərin birində iki nəfərin obyekt sahibi M.Allahverdiyevi döyərək xəsarət yetirmələri barədə polis orqanına məlumat daxil olub.
Polis əməkdaşları tərəfindən görülən tədbirlərlə hər iki şəxs - S.Qarayev və H.Məmmədzadə müəyyən olunaraq saxlanılıb.
Xəsarətlərin dərəcəsini müəyyən etmək üçün müvafiq ekspertiza təyin olunub.
Faktla bağlı zəruri istintaq hərəkətləri davam etdirilir.
- ADSEA sədri kollektorun çökdüyü ərazidə - Video
- Quba və Qusardan sel keçir
- Sabahdan etibarən bu pullar kartınızdan çıxılacaq
- Küləkli hava ilə bağlı xəbərdarlıq edildi
- Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
- Kəlbəcər yolunda qar uçqunu baş verdi
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- ADSEA ərazilərdə yığılan yağış sularını kənarlaşdırır - Video