Naxçıvan Muxtar Respublikada yeganə özəl universitet olan Naxçıvan Universitetinə yeni rektor təyin edilib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bununla bağlı müvafiq qərar imzalanıb.
Qərara əsasən, bu vəzifəyə Anar Altay oğlu Kazımov təyin edilib.
Əvvəllər Naxçıvan Dövlət Universitetində prorektor vəzifəsində çalışan A.Kazımov bu gün kollektivə təqdim edilib.
Universitetin sabiq rektoru Nurlana Əliyeva isə prorektor vəzifəsində universitetdəki fəaliyyətini davam etdirəcək.
Məlumatı universitetin Mətbuat Xidməti təsdiqləyib.
Qeyd edək ki, dosent A.Kazımov bu təyinatadək Dövlət İqtisad Universiteində çalışırdı.
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- ADSEA ərazilərdə yığılan yağış sularını kənarlaşdırır - Video
- Qusarda gənci sel apardı
- Abşeron icra başçısı su basan ərazilərə yollandı - Foto
- Bu marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirildi
- Bakıda yol bağlandı: Heydərov əraziyə gəldi - Video
- 9-cu siniflərin buraxılış imtahanı keçirildi
- Samuxda avtomobil 52 yaşlı piyadanı vuraraq öldürdü