Niyə rayonlarda kəndli-fermer məhsulunu ucuz satdığından narazıdır, Bakıda isə alıcı eyni məhsulu bir neçə dəfə baha almağa məcbur qalır? Əslində bu sual paradoksal görünsə də, cavabı o qədər də mürəkkəb deyil. Cavab məhsulun istehsalçıdan bazara, bazardan isə istehlakçıya qədər keçdiyi aqrar tədarük və satış modelindədir.
BUTA.TV xəbər verir ki, bu fikirləri iqtisadçı Eldəniz Əmirov bildirib.
Onun sözlərinə görə, bu modeldə xırda problemlərlə yanaşı, bazara birbaşa təsir edən bir neçə əsas amil də var:
"Bunlardan birincisi, topdansatış və paylama kanallarında rəqabətin məhdudluğudur. Belə ki, alternativ satış və paylama platformaları kifayət qədər formalaşmadıqda bazar gücü müəyyən kanallarda cəmlənir.
İkinci problem, tarladan bazara qədər logistika və əməliyyat xərclərinin yüksəkliyidir. Belə ki, daşınma, saxlanma, sənədləşmə və digər əməliyyat mərhələləri məhsulun son qiymətinə əlavə xərc yaradır.
Üçüncüsü, istehsalçının bazarda qiymət formalaşdırmaq və son istehlakçıya birbaşa çıxış imkanlarının zəifliyidir. Belə olduqda məhsulun yaratdığı əsas dəyərin əhəmiyyətli hissəsi istehsalçıda deyil, aralıq ticarət mərhələlərində formalaşır.
Əlqərəz, problem əsasən məhsulun tarladan piştaxtaya qədər keçdiyi yolda yaranır".
- WUF13: Bakıda xüsusi hərəkət zolaqları təşkil ediləcək
- İlham Əliyev fərman imzaladı
- Kəmaləddin Heydərov Xankəndidə vətəndaşları qəbul etdi
- Prezident xalçaçıları təltif etdi
- İntensiv yağış yağacaq - Xəbərdarlıq
- Speys TV-yə yeni direktor təyin edildi
- Qaraheybətdə bədbəxt hadisə: kursant öldü
- Dövlətə xəyanət edən daha bir nəfərə hökm oxundu