Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Sadiq Axundovu quruma baş direktor təyin edilib.
BUTA.TV xəbər verir ki, bu barədə AMB məlumat yayıb.
Məlumata görə, bununla da, baş direktorların sayı 10-a yüksəlib.
Qeyd edək ki, S.Axundov 1991-ci ildə Lənkəran şəhərində anadan olub, 2012-ci ildə Bakı Dövlət Universitetini "İnformatika" ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2015-ci ildə isə həmin universiteti "İnformatika" ixtisası üzrə magistr dərəcəsi ilə bitirib, 2019-2023-cü illərdə Bakı Dövlət Universitetində "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə)" ixtisasında fəlsəfə doktoru proqramı üzrə təhsil alıb.
14 yaşlı qızla hamamda ölən Yusufla bağlı ŞOK GÖRÜNTÜLƏR yayıldı - VİDEO
O, əmək fəaliyyətinə 2009-cu ildə "Azəriqazbank" ASC-də Bank sistemləri şöbəsində mütəxəssis vəzifəsi ilə başlayıb, həmin bankda müxtəlif vəzifələrdə, o cümlədən Proqram təminatlarının və platformaların idarə edilməsi şöbəsinin müdiri vəzifəsində işləyib, 2017-2019-cu illərdə "Amrah Bank" ASC-də Məlumat bazası və proqramlaşdırma şöbəsinin rəisi, 2019-2024-cü illərdə "ZiraatBank Azərbaycan" ASC-də İnformasiya texnologiyaları departamentinin direktoru vəzifələrində işləyib.
S.Axundov 2024-cü ilin mart-iyul aylarında AMB-də Sədrin ofisi departamentində məsləhətçi, 2024-cü ilin iyul ayından 2026-cı ilin aprel ayına qədər İnformasiya texnologiyaları əməliyyatları departamentinin direktoru vəzifələrində çalışıb.
- Partlayışda yaralanan, canı ilə çəkişən həkim haqda mühüm fakt
- Ağdamda ağır qəza: ölənlər var
- Bu marşrut avtobusları yenilənir
- 257 saylı məktəbdə nə baş verir? - DİN
- Bayrağımıza hörmətsizlik edən gənc saxlanıldı
- "Azercell" bütün qadınları bu təşəbbüsə qoşulmağa dəvət edir
- Tofiq Əsgərova yüksək vəzifə verildi
- “Onkologiya”dakı hadisə nələri üzə çıxartdı?