Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti yanğın təhlükəli müəssisənin fəaliyyətini dayandırıb.
FHN-dən BUTA.TV-a verilən məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Mingəçevir şəhərində fəaliyyət göstərən “Elastik” MMC-yə məxsus rezin məmulatların istehsalı müəssisəsində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.
Məlum olub ki, obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, mövcud qurğular isə nasazdır, elektrik təsərrüfatı “Elektrik Qurğularının Quraşdırılması Qaydaları”nın tələblərinə uyğun quraşdırılmayıb, o cümlədən kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib, obyekt ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin edilməyib, sıxılmış və mayeləşdirilmiş propan qaz balonundan istifadə olunur, obyektin ərazisi yanar mayelərdən və tullantılardan təmizlənməyib.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş müəssisəsinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.
- Ali Məhkəmədən təkrar iddialarla bağlı qərar
- Türkiyədə azərbaycanlı qadın güllələnərək öldürüldü - Foto
- Səbuhi Qurbanova yeni vəzifə verildi - Foto
- Turan Topalova tutduğu vəzifədən ayrıldı
- Buraxılış imtahanın nəticələri nə vaxt elan olunacaq?
- Yük maşını dərəyə aşdı, ölən var
- Xameneinin Hörmüzla bağlı göstərişi... - Nikzad
- Xəyal Rza ailəsi ilə birgə qəzaya düşdü - Foto