Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı

14:38 - 26 Aprel 2026 - GÜNDƏM

 Kür daşdı, daha iki kəndin əkin sahəsi su altında qaldı

Kür çayında su səviyyəsinin qalxması İmişli rayonunun daha iki kəndində pay və bələdiyyə torpaq sahələrinin su altında qalmasına səbəb olub.

BUTA.TV Report-a istinadla xəbər verir ki, bu barədə rayonun Məmmədli bələdiyyəsindən məlumat verilib.

Bildirilib ki, rayonun Ağamalılar kəndində 40 hektar, Telişli kəndində isə təxminən 35 hektar əkin sahəsi su altında qalıb.

Həmçinin Əlyetməzli kəndində su altında qalan 35 hektar ərazi genişlənərək 215-ə çatıb, eləcə də 10 hektar bələdiyyə torpağı su altında qalıb.

Bu xəbər hal-hazırda çox oxunur
Şəkili Pərviz yenə saxlanıldı

Qeyd edək ki, Məmmədli kəndinə məxsus 5,62 hektar pay torpaq sahəsi, həmçinin Məmmədli bələdiyyəsinin mülkiyyətində olan 11 hektar əkin sahəsi də suların təsirinə məruz qalıb.

Hazırda aidiyyəti qurumlar tərəfindən mümkün risklərin qarşısının alınması istiqamətində əlavə tədbirlər davam etdirilir.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol