Kəlbəcər yolunda qar uçqunu baş verdi

17:00 - 5 Aprel 2026 - GÜNDƏM

 Kəlbəcər yolunda qar uçqunu baş verdi

Bu gün günorta saatlarında Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolunun Murovdağ ərazisindən keçən hissəsində qar uçqunu qeydə alınıb və nəticədə yolun hərəkət hissəsi 10–15 metr hündürlükdə qar kütləsi ilə örtülüb.

Bu barədə BUTA.TV-a Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib.

Qeyd olunub ki, hazırda yaranmış fəsadların aradan qaldırılması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən təxirəsalınmaz tədbirlər həyata keçirilir.

"Bütün aidiyyəti qurumlar baş vermiş hadisə ilə bağlı məlumatlandırılıb. Təhlükəsizlik baxımından Toğanalı və Kəlbəcər istiqamətlərində nəqliyyat vasitələrinin hərəkəti müvəqqəti olaraq məhdudlaşdırılıb. Sözügedən istiqamətdə hərəkət edən sürücülərdən xahiş olunur ki, müvəqqəti olaraq Suqovuşan–Sərsəng su anbarı–Qozlukörpü–Kəlbəcər avtomobil yolundan istifadə etsinlər", - məlumatda qeyd olunub.

Bu xəbər hal-hazırda çox oxunur
Bu ərazilərə qar yağdı – Faktiki hava

Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol