Sülhün alternativi yoxdur, bu, təkcə dayanıqlı inkişafın məqsədi yox, həm də ilkin şərtidir.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bunu Ermənistan Baş naziri Administrasiyasının rəhbəri Araik Arutyunyan İrəvanda keçirilən “Orbeli: Sülh və çoxtərəfli əməkdaşlığın qurulması” Forumunda deyib.
O hesab edir ki, avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında sazişin paraflanması dönüş nöqtəsi olub, davamlı sülh və qarşılıqlı etimadın yeni səhifəsinin açılması üçün real əsaslar yaradıb: “Məmnuniyyətlə söyləyə bilərəm ki, sülh prosesi təkcə ideoloji xarakter daşımır, həm də artıq əməli nəticələr əldə etməkdədir. Bu gün Azərbaycan və Türkiyədən vətəndaş cəmiyyəti və media nümayəndələrinin bu platforma çərçivəsində burada olması öz sözünü deyir”.
Arutyunyanın fikrincə, regionda yolların açılması, sülhün bərqərar olması və tərəflər arasında yaranmış tarixi imkanın tam şəkildə reallaşdırılması regionda sabitlik və sülhü təmin etməklə yanaşı, xalqlararası əlaqələrin inkişafına təkan verəcək, ölkələrin iqtisadi artımı və investisiya mühitinə müsbət təsir göstərəcək:
“Əminik ki, sülh və açıq ünsiyyət Cənubi Qafqazı bazarları, mədəniyyətləri və xalqları birləşdirən qlobal körpüyə çevirə bilər”.
Qeyd edək ki, forum avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması kontekstində Cənubi Qafqazda yeni yaranmış vəziyyətin müzakirəsinə həsr olunub. Ermənistan Baş naziri Nikol Paşinyan artıq forumda çıxış edib.
- Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - Video
- ADSEA ərazilərdə yığılan yağış sularını kənarlaşdırır - Video
- Qusarda gənci sel apardı
- Abşeron icra başçısı su basan ərazilərə yollandı - Foto
- Bu marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirildi
- Bakıda yol bağlandı: Heydərov əraziyə gəldi - Video
- 9-cu siniflərin buraxılış imtahanı keçirildi
- Samuxda avtomobil 52 yaşlı piyadanı vuraraq öldürdü