İqtisadiyyat Nazirliyinin Kollegiyası yanacaqdoldurma və qaz təchizatı obyektlərinin quraşdırılması və istismarı fəaliyyət növü üzrə "Lisenziya müqaviləsinin forması və bağlanılma Qaydası"nı təsdiqləyib.
BUTA.TV xəbər verir ki, bununla bağlı Kollegiyanın sədri, nazir Mikayıl Cabbarov yeni qərar imzalayıb.
Qərara əsasən, hüquqi şəxsə, xarici hüquqi şəxsin filialına, nümayəndəliyinə və fərdi sahibkara həmin fəaliyyət növünə lisenziya verildiyi tarixdən 30 gün müddətində nazirliklə lisenziya sahibi arasında lisenziya müqaviləsi bağlanılır.
Lisenziya müqaviləsi yazılı formada, müddətsiz bağlanılmalıdır. Bu müqavilə lisenziya verildiyi tarixdən 30 gün müddətində bağlanmadıqda, lisenziya hüquqi nəticələr yaratmır.
Nazirliyin Hüquq şöbəsinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
- Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
- İntensiv yağışlar davam edir
- Keşlədə kollektor üzərində tikilmiş ev sökülür
- FHN əhaliyə təkrar müraciət etdi
- ADSEA sədri kollektorun çökdüyü ərazidə - Video
- Quba və Qusardan sel keçir
- Sabahdan etibarən bu pullar kartınızdan çıxılacaq
- Küləkli hava ilə bağlı xəbərdarlıq edildi