Tiflisdə keçirilən 5-ci İpək Yolu Forumu region ölkələri arasında əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynayır.
BUTA.TV Report-a istinadən xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan forumda çıxışı zamanı deyib.
N.Paşinyan bəyan edib ki, bu platforma sayəsində Ermənistan Azərbaycanla sülhə daha da yaxınlaşıb.
O qeyd edib ki, Tiflis İpək Yolu Forumu region ölkələrini birləşdirən vacib təşəbbüsdür və qarşılıqlı əlaqələrin dərinləşməsinə xidmət edir:
"Bu böyük layihə yalnız iqtisadi deyil, həm də sülh və sabitlik üçün önəmli addımdır. Onun nəticələrindən biri kimi Azərbaycan və Naxçıvanı birləşdirən sülh yolu açılacaq".
Paşinyan çıxışında Azərbaycan Respublikasının Prezidentinin Ermənistana malların tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması barədə bəyanatına da toxunub.
"Azərbaycan Prezidenti çox mühüm və pozitiv addım atdı. Bu qərar regionda etimadın bərpası və iqtisadi əlaqələrin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir. Bu sülh region üçün çox vacibdir" – deyə Paşinyan vurğulayıb.
O bildirib ki, Gürcüstanın dialoq və əməkdaşlıq üçün yaratdığı mühit Cənubi Qafqazda sabitlik və qarşılıqlı etimadın möhkəmlənməsinə xidmət edir.
- Yoxlamalar Saleh Məmmədovun 1 milyard yeyintisini üzə çıxarıb
- Paşinyan Putinlə görüşdə rədd etdi - Kreml hərəkətə keçdi
- Bir pilotun xilası üçün nələr xərcləndi? - Rəqəm şok edir
- Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...
- Əcnəbi tələbələr üçün maarifləndirici layihə - Foto
- Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
- İntensiv yağışlar davam edir
- Keşlədə kollektor üzərində tikilmiş ev sökülür