Yayılan məlumata görə, Mehdiyevlə bağlı məlumatı Putin verib və orda siyahı var. Çünki Ramiz Mehdiyevin dövlət çevrilişini təkbaşına etməsi mümkün deyil. Siyahı üzrə yaxın zamanlarda sensasion həbslər gözlənilir. Tanınmış şəxslər, əgər onların da xəyanəti varsa və o siyahıda Ramiz Mehdiyevin qurduğu sistemdən xəbərləri varsa, media rəhbərindən, əməkdaşından, politoloqundan tutmuş millət vəkillərinə, Nazirlər Kabineti sistemində işləyən kadrlara qədər, heç birinin gözünün yaşına baxılmayacaq.
BUTA.TV xəbər verir ki, bunu “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu “Mehdiyev işi” ilə bağlı deyib.
“Ramiz Mehdiyevin yaşı imkan versəydi, onun həbsxanaya aparılmasını, qandallanmasını görəcəkdik. Ramiz Mehdiyev kimi şəxs ev dustağı olunursa, onları niyə etməsinlər. Mənim proqnozum budur ki, 3 mərhələli proses baş verəcək və sonuncu da daha maraqlıdır. Biz bir müddət Ukrayna-Rusiya müharibəsindən, Qəzza müharibəsindən diqqətimizi ayırıb, ölkəmizin daxilindəki islahat, sensasion xarakterli proseslərə diqqət yetirəcəyik”, - Arifoğlu bildirib.
- Yoxlamalar Saleh Məmmədovun 1 milyard yeyintisini üzə çıxarıb
- Paşinyan Putinlə görüşdə rədd etdi - Kreml hərəkətə keçdi
- Bir pilotun xilası üçün nələr xərcləndi? - Rəqəm şok edir
- Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...
- Əcnəbi tələbələr üçün maarifləndirici layihə - Foto
- Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
- İntensiv yağışlar davam edir
- Keşlədə kollektor üzərində tikilmiş ev sökülür