Hesablama Palatasının Mədəniyyət Nazirliyində apardığı yoxlamalar zamanı çoxsaylı maliyyə pozuntuları aşkarlanıb. Bu barədə Gununsesi.info-ya adıçəkilkən nazirlikdəki mənbə deyib.
Məlumata görə, yoxlamalar zamanı 8 milyon manata yaxın büdcə vəsaitinin müxtəlif MMC-lər vasitəsilə silindiyi məlum olub. Bildirilir ki, ölkənin siyasi rəhbərliyinin qərarına uyğun olaraq, bu faktlar Baş Prokuror Yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndəriləcək. Bu isə nazir Adil Kərimlinin “vurulması” deməkdir.
Çünki, söhbət bir neçə yüz min manatın yox, 8 milyona yaxın vəsaitin talan olunmasından gedir. Mənbə onu da vurğulayıb ki, nazir Adil Kərimli məsuliyyətdən qurtulmaq üçün komandasından bir neçə nəfəri qurban verməyə hazırlaşır. Onu da xatırladaq ki, dünən saytımızda Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Mustafa Abbasbəylinin vəzifəsindən kənarlaşdırılacağına dair xəbər yayılıb.
Bildirilir ki, nazir büdcə talanmasına görə daha iki nəfəri günahkar görür. Məsələ ilə bağlı Hesablama Palatasına verdiyimiz sorğunun cavabını da təqdim edəcəyik.
Mədəniyyət Nazirliyinin mətbuat xidməti isə sualımızı şərh etməkdən imtina edib.
Qurumun sözçüsü Aynur Kərimova saulımızı cavablandırmaq əvəzinə informsiyanın qaynağını bizdən soruşub.
- Yoxlamalar Saleh Məmmədovun 1 milyard yeyintisini üzə çıxarıb
- Paşinyan Putinlə görüşdə rədd etdi - Kreml hərəkətə keçdi
- Bir pilotun xilası üçün nələr xərcləndi? - Rəqəm şok edir
- Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...
- Əcnəbi tələbələr üçün maarifləndirici layihə - Foto
- Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
- İntensiv yağışlar davam edir
- Keşlədə kollektor üzərində tikilmiş ev sökülür