Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, 10 il 6 ay müddətində azadlıqdan məhrum edilmiş general-mayor Elçin Quliyevin müsadirə olunan mənzili hərraca çıxarılıb.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, sözügedən mənzil Nəsimi rayonu, Akademik Mirəli Qaşqay küçəsində yerləşir.
Yeni tikilmiş binada yerləşən mənzilin sahəsi 200 kv metrdir. Mənzilin ilkin satış qiyməti 517 min manat olsa da, 362 min manata endirilib.
Elçin Quliyevə bu mənzil 2005-ci ildə dövlət tərəfindən verilib. Həmin vaxt onun müavini olmuş polkovnik İlqar Əliyev də eyni binada mənzillə təmin olunub.
Qeyd edək ki, sabiq MTN generalı Elçin Quliyev 2015-ci ildə həbs edilib. Külli miqdarda rüşvət alma, hədə-qorxu ilə tələb etmə, quldurluq, qanunsuz azadlıqdan məhrum etmə və digər ağır cinayətlərdə ittiham olunan general 2017-ci ilin noyabrında 10 il 6 ay azadlıqdan məhrum edilib.
Nazir Eldar Mahmudov vəzifədən çıxarılandan və “MTN olayları” başlayandan sonra o, nazirliyin akademiyasına kafedra rəisi təyin olunub. Onun müavini İlqar Əliyev isə həbs edilib. Polkovnik İ.Əliyev təcridxanada özünü asaraq intihar etdikdən sonra E.Quliyev cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb edilib.
- Yoxlamalar Saleh Məmmədovun 1 milyard yeyintisini üzə çıxarıb
- Paşinyan Putinlə görüşdə rədd etdi - Kreml hərəkətə keçdi
- Bir pilotun xilası üçün nələr xərcləndi? - Rəqəm şok edir
- Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...
- Əcnəbi tələbələr üçün maarifləndirici layihə - Foto
- Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
- İntensiv yağışlar davam edir
- Keşlədə kollektor üzərində tikilmiş ev sökülür