Qazaxıstan Avropaya neft nəqli üçün Azərbaycana yaxınlaşmışdı. Adnan Əhmədzadənin xəyanətkar addımı ilə qardaş ölkəni özümüzdən uzaqlaşdırdıq. Qazaxıstan yenidən Rusiyaya meyilləndi.
BUTA.TV xəbər verir ki. bu sözləri politoloq Heydər Oğuz qeyd edib.
O bildirib ki, Almaniyanın DW nəşrinin məlumatına görə, 2026-cı ildə Qazaxıstanın Almaniyaya neft ixracı ayda 130 min tona yüksələcək:
“KazMunayQaz” və “Rosneft Deutschland” arasında müvafiq saziş imzalanıb. Təchizat Rusiyadan keçən “Drujba” kəməri ilə həyata keçiriləcək. Qazaxıstanın “KazMunayQaz” (KMG) və Almaniyanın “Rosneft Deutschland GmbH” şirkətləri Almaniyaya mövcud neft tədarükü müqaviləsini 2026-cı ilin sonuna qədər uzatmaq barədə razılığa gəliblər. Yenilənmiş şərtlərə əsasən, aylıq tədarük 100 min tondan 130 min tonadək artacaq.
Nəşr qeyd edib ki, bu iddialar oktyabrın 7-də KMG-nin dərc etdiyi press-relizdə yer alıb”.
Qeyd edək ki, Azərbaycan neftində xlorid aşkarlandığı haqda məlumatlardan sonra (iyulun 3-cü ongünlüyündə) Qazaxıstan BTC ilə neft nəqlini dayandırmışdı. Yalnız Adnan Əhmədzadənin həbsindən 2 gün əvvəl (17 sentyabrda) Qazaxıstanın BTC ilə neft nəqlini bərpa etdiyi haqda məlumat yayıldı. Ancaq Qazaxıstanın BTC ilə neft nəqlinin neçə faizini bərpa etməsi açıqlanmayıb.
- Yoxlamalar Saleh Məmmədovun 1 milyard yeyintisini üzə çıxarıb
- Paşinyan Putinlə görüşdə rədd etdi - Kreml hərəkətə keçdi
- Bir pilotun xilası üçün nələr xərcləndi? - Rəqəm şok edir
- Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...
- Əcnəbi tələbələr üçün maarifləndirici layihə - Foto
- Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
- İntensiv yağışlar davam edir
- Keşlədə kollektor üzərində tikilmiş ev sökülür