TDT baş katibi elan etdi: Qəbələdə bu format təsis ediləcək

01:20 - 7 Oktyabr 2025 - GÜNDƏM

 TDT baş katibi elan etdi: Qəbələdə bu format təsis ediləcək

Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının Azərbaycanda keçiriləcək 12-ci Zirvə Görüşündə təşkilata daxil olmayan dövlətlərlə əməkdaşlıq üçün "TDT+" formatının təsis edilməsi ilə bağlı qərar qəbul edilməsi planlaşdırılır.

BUTA.TV xəbər verir ki, bu barədə TDT-nin Baş katibi Kubanıçbek Ömüraliyev Qazaxıstanın "Kazinform" agentliyinə müsahibəsində bildirib.

"Təşkilatımız çərçivəsində əməkdaşlığın genişləndirilməsi ilə bağlı qərar qəbul ediləcək. Üçüncü ölkələrlə əməkdaşlıq etməyə imkan verəcək "TDT+" formatı olacaq. Dərhal vurğulamaq istəyirəm, söhbət bəzi jurnalistlərin bəzən şərh etməyə çalışdığı kimi qapalı və ya hərbi bloklardan getmir. Bu, doğru deyil", - deyə o bildirib.

Baş katibin sözlərinə görə, təhlükəsizlik məsələləri əvvəlki sammitlərin əsas mövzusu olub və qarşıdakı sammitdə də vacib mövzu olaraq qalacaq.

Bu xəbər hal-hazırda çox oxunur
Bu ərazilərə qar yağdı – Faktiki hava

"Ancaq bu dəfə əsas diqqət iqtisadiyyata yönəldiləcək. İqtisadi gündəlikdə nəqliyyat, logistika, infrastruktur əlaqələri var - bu bütün üzv ölkələrimiz üçün strateji istiqamətlərdir", - deyə Ömüraliyev qeyd edib.


Ən son xəbərləri səhifəmizdən də izləyin

Buta.ws

Qeydiyyat

Facebook ilə daxil ol

Daxil

Facebook ilə daxil ol