Macarıstan Avropa Birliyinin Ermənistana 100 milyon avro verməsini qadağan edib.
BUTA.TV Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “Joqovurd” qəzeti məlumat yayıb.
Nəşr Macarıstanın “Wizz Air” aviaşirkəti ilə Ermənistan arasında əldə edilmiş razılaşma barədə yazıb:
“Nikol Paşinyan bunu “böyük nailiyyət” hesab edir. İqtisadiyyat naziri Papoyan bunun hansı iqtisadi fayda gətirəcəyini soruşduqda isə heç bir rəqəm qeyd etməyib, sadəcə, konkretləşdirmədən çox böyük faydaların olacağını bildirib.
Hökumət isə siyasi reklam üçün riskə gedib, hətta Gümrü hava limanında “Wizz Air” üçün uçuşlar açıblar, mülki aviasiyanın keçmiş rəhbəri Tatevik Revazyan bu barədə ehtiyatla danışıb. Çünki bir sıra mütəxəssislər “Şirak” hava limanının peşəkarlığına şübhə ilə yanaşırlar.
“Wizz Air” Macarıstan hava yolu şirkətidir. Bu il Avropa İttifaqına üzv ölkələr Avropa Sülh Fondundan Ermənistana 100 milyon avro “qeyri-öldürücü hərbi yardım” ayırmaq qərarına gəlib, amma həmin Macarıstan bu qərara veto qoyub. Nəticədə Ermənistan heç nə ala bilməyib”.
“Joqovurd” vaxtilə Macarıstanda ömürlük həbs cəzası verilən Azərbaycan ordusunun zabiti Ramil Səfərovun Bakıya ekstradisiya edilməsinə də diqqət çəkib.
Mənbə vurğulayıb ki, Macarıstanın bu qərarı Azərbaycanla yaxın və strateji münasibətlərdən irəli gəlir.
- Yoxlamalar Saleh Məmmədovun 1 milyard yeyintisini üzə çıxarıb
- Paşinyan Putinlə görüşdə rədd etdi - Kreml hərəkətə keçdi
- Bir pilotun xilası üçün nələr xərcləndi? - Rəqəm şok edir
- Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...
- Əcnəbi tələbələr üçün maarifləndirici layihə - Foto
- Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
- İntensiv yağışlar davam edir
- Keşlədə kollektor üzərində tikilmiş ev sökülür