Əgər Putin müharibədə Rusiyanın qalib gəldiyini düşünürsə, o zaman onlar qələbənin necə olmasına başqa cür baxırlar.
BUTA.TV xəbər verir ki, bunu ABŞ-ın Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq “YES-2025” forumunda çıxışında deyib.
“Qalib gəlsəydi, artıq Kiyevdə, Odessada olardı, Dneprdən keçərdi. Xeyr, Rusiya uduzur. Bəli, haradasa müvəqqəti üstünlük əldə edə bilər, bəzi əraziləri ələ keçirə, bir neçə mil irəliləyə bilər. Bu, başqa şeydir. Amma Rusiyanın itirdiyi, öldürdüyü və yaraladığı insanların sayına baxsanız, bir milyonu ötüb keçir. Əfqanıstan kampaniyasındakı itkiləri xatırlayırsınızsa, bunlar tamamilə fərqli rəqəmlərdir. Kiyevi ələ keçirməyə cəhd edən ilk bölmələri xatırlayın. Onlar artıq yoxa çıxıblar. İndi muzeylərdən tank götürməyə çalışırlar. Onlar sadəcə olaraq təslim ola bilmirlər, çünki ukraynalılar cəsarətlə döyüşürlər. Əgər Putin deyirsə ki, Rusiya qalib gəlir, onda Qərb ona sadəcə deməlidir: “Yox, səhv edirsən, heç də belə deyil”, - Kelloq bildirib.
O, bu barədə Prezident Donald Trampa da məlumat verdiyini deyib:
“Təxminən ay yarım əvvəl Oval kabinetdə Prezident Trampın oxşar sualına cavab verdim: “ABŞ-ın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn qoy sizə cavab versin. Ondan soruşun”. Elə də etdilər. O da elə mənim kimi cavab verdi”.
Kelloqun sözlərinə görə, Putin bütün Donetsk, Xerson, Zaporojye vilayətlərini işğal etmək istəyib, amma bü, mümkünsüzdür:
“Bu, Rusiya tarixində insan həyatına və itkilərə tamamilə məhəl qoymayan ilk müharibə deyil. Amma nədənsə o Putin qalib gələcəyinə inanır və buna görə də görünür, atəşkəs və ya ciddi sülh sazişlərində maraqlı deyil”.
- Yoxlamalar Saleh Məmmədovun 1 milyard yeyintisini üzə çıxarıb
- Paşinyan Putinlə görüşdə rədd etdi - Kreml hərəkətə keçdi
- Bir pilotun xilası üçün nələr xərcləndi? - Rəqəm şok edir
- Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...
- Əcnəbi tələbələr üçün maarifləndirici layihə - Foto
- Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
- İntensiv yağışlar davam edir
- Keşlədə kollektor üzərində tikilmiş ev sökülür