Ermənistan hökuməti 2026-cı ilin yay çağırışından həyata keçirilməsi planlaşdırılan icbari hərbi xidmət müddətinin iki ildən bir il yarıma endirilməsi layihəsini müzakirəyə çıxarıb.
BUTA.TV xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.
“Layihənin əsaslandırılmasında bildirilir ki, son illər müqaviləli hərbi xidmətin genişləndirilməsi, o cümlədən “Vətənin müdafiəçisi” proqramı, peşəkar çavuş, hərbi qulluqçu sisteminin genişləndirilməsi istiqamətində fəal addımlar atılıb, hərbi qulluqçuların attestasiyası, habelə uzunmüddətli xidmətə görə hərbi təqaüd saxlanılmaqla sərhədyanı rayonlarda müqaviləli xidmət təşkil edilib və buna görə də icbari xidmət müddəti azaldıla bilər”, - məlumatda vurğulanır.
“Hraparak” yazıb ki, guya MN-də bununla bağlı bəzi yüksəkrütbəli zabitlər etiraz edib, çünki bu, iki il ərzində ordunun sayının 4-5 min nəfər azalacağı anlamına gəlir.
Hakim komandadan isə izah edilib ki, sülh müqaviləsi imzalanır və “sülh dövründə bizim hesablamalarımız tam özünü doğruldacaq”.
Müxalif nəşr bunu “seçki ərəfəsində populist qərar” adlandırmaqla bərabər, həm də Azərbaycan liderinin tələbi ilə əsaslandırmağa çalışıb. İddia edib ki, bu, Ermənistan ordusunun demilitarizasiyası tələbinin yerinə yetirilməsi istiqamətində addımdır.
- Yoxlamalar Saleh Məmmədovun 1 milyard yeyintisini üzə çıxarıb
- Paşinyan Putinlə görüşdə rədd etdi - Kreml hərəkətə keçdi
- Bir pilotun xilası üçün nələr xərcləndi? - Rəqəm şok edir
- Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...
- Əcnəbi tələbələr üçün maarifləndirici layihə - Foto
- Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
- İntensiv yağışlar davam edir
- Keşlədə kollektor üzərində tikilmiş ev sökülür