Avqustun 8-də Vaşinqtonda imzalanmış sənədlərdə Ermənistan Respublikasının suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı nəzərdə tutulduğu üçün Ermənistan hökuməti Azərbaycanla sülh sazişi bağlanmamışdan əvvəl ATƏT-in Minsk Qrupunun buraxılmasına razılıq verib.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan sentyabrın 10-da parlamentin iclasında müxalif “Ermənistan” blokundan olan deputat Aqnessa Xamoyanın sualını cavablandırarkən deyib.
Onun sözlərinə görə, Ermənistan hökumətinin sülh sazişinin paraflanmasından sonra ATƏT-in Minsk Qrupunun buraxılmasına razılıq verməsinin səbəbi məhz bu prinsiplərin təsbit edilməsidir:
“Bir sıra məsələlərin bizim üçün məqbul şəkildə həll olunacağını görəndə qərara gəldik ki, yaranmış fürsəti əldən verə bilmərik. Biz bu beş termini aldıq və sənədi imzaladıq”.
Paşinyan məhz bu səbəbdən sülh sazişinin imzalanmasından sonra Minsk Qrupunun buraxılmasına razı olacaqları haqda əvvəlki istəyindən geri çəkildiyini vurğulayıb. Həmçinin qeyd edib ki, MQ-nin fəaliyyətində faydalı heç nə yox idi.
- Yoxlamalar Saleh Məmmədovun 1 milyard yeyintisini üzə çıxarıb
- Paşinyan Putinlə görüşdə rədd etdi - Kreml hərəkətə keçdi
- Bir pilotun xilası üçün nələr xərcləndi? - Rəqəm şok edir
- Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...
- Əcnəbi tələbələr üçün maarifləndirici layihə - Foto
- Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
- İntensiv yağışlar davam edir
- Keşlədə kollektor üzərində tikilmiş ev sökülür