Azərbaycanla münasibətlərdə gərginlik artdıqca, Kreml Rusiyadakı azərbaycanlı icmaları təzyiq alətinə çevirir. Belə ki, Yekaterinburqda Vidadi Mustafayev Ural Azərbaycanlılarının Mədəniyyət, Gənclər və İdman Mərkəzinin rəhbəri seçilib. O, faktiki olaraq bir müddət əvvəl həbs edilən rəqibi Şahin Şıxlinskinin yerinə keçib.
BUTA.TV Bakupost.az-a istinadla xəbər verir ki, bundan sonra Vidadi Mustafayev Yekaterinburqda artıq Azərbaycan diasporunun olmadığını bildirib.
“Biz diaspora anlayışını ləğv etdik, çünki bu anlayış artıq özünü doğrultmayıb. Mən bu vəzifədə gənclərin tərbiyəsi ilə məşğul olmağı planlaşdırıram. Axı onlara heç kim başa salmayıb ki, nə yaxşıdır, nə pis. Biz onlara izah edəcəyik ki, Rusiya qanunlarına uyğun yaşamaq lazımdır. Şahin Şıxlinskinin diaspora rəhbəri kimi fəaliyyəti tamamilə uğursuz olub. Bu fəaliyyət biznesə və ya mədəniyyətə həsr olunmurdu. Şahin Şıxlinski yalnız cibinə işləyirdi", – deyə o, 66.ru saytına müsahibəsində bildirib.
Qeyd edək ki, bundan əvvəl Rusiya mətbuatı Şıxlinski ilə Mustafayevin rəqabəti və münaqişəsindən yazmışdı. Məlumata görə, Şahin Şıxlinskinin ailəsinə qarşı hüquq-mühafizə orqanlarını təhrik edən məhz Vidadi Mustafayev olub.
- Yoxlamalar Saleh Məmmədovun 1 milyard yeyintisini üzə çıxarıb
- Paşinyan Putinlə görüşdə rədd etdi - Kreml hərəkətə keçdi
- Bir pilotun xilası üçün nələr xərcləndi? - Rəqəm şok edir
- Kremldən Qarabağ açıqlaması: Putin bunu istəyir...
- Əcnəbi tələbələr üçün maarifləndirici layihə - Foto
- Yol polisi hərəkət iştirakçılarına xəbərdarlıq etdi
- İntensiv yağışlar davam edir
- Keşlədə kollektor üzərində tikilmiş ev sökülür