Rusiya baş nazirinin müavini Aleksey Overçuk Ermənistanın Avrasiya İqtisadi İttifaqında (Aİİ) fəaliyyətini müzakirə etmək üçün gələn həftə İrəvana səfər edəcək.
BUTA.TV xəbər verir ki, Overçuk bunu jurnalistlərə açıqlamasında deyib.
“Səfər əvvəlcədən planlaşdırılmışdı. Bu onunla bağlıdır ki, Ermənistan Respublikasının hüquqi tənzimləməsində Avrasiya İqtisadi İttifaqının qanunvericiliyinə zidd olan bir hüquqi akt, Ermənistan hökumətinin fərmanı ortaya çıxıb. Bu məsələ qarşıdakı səfər zamanı müzakirə olunacaq. Vaşinqtonda görüş keçirilib və bəyannamə imzalanıb. Ona görə də ehtimal olunur ki, Ermənistan Baş naziri Nikol Paşinyanla görüş olacaq və biz burada ilk növbədə Cənubi Qafqaz regionunda kommunikasiyaların blokadadan çıxarılması ilə bağlı müəyyən nüansları müzakirə edəcəyik”, - Overçuk bildirib.
- Maaşa dair yeni tələb müəyyənləşir
- Qusarda sel elektrik dirəklərini dağıtdı - Video
- WUF13-ə hazırlıq: Bakıda mərkəzi yollar bağlanır
- Azərbaycanda 3 liman bağlandı
- “Kontakt”da növbəti 100 000 manat uduldu
- Bu ərazidə ağac aşdı, yol bağlandı
- Siyəzəndə körpü aşdı: kəndlərlə əlaqə kəsildi - Video
- Yağış nə vaxta kimi davam edəcək?