Rusiya “Tramp marşrutu” (Zəngəzur dəhlizi) məsələsində Ermənistanı dəstəkləyir - əgər onun üçün faydalıdırsa.
BUTA.TV xəbər verir ki, bu sözləri Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.
"Biz bu məsələni nəzərdən keçiririk. Ermənistan bizim strateji müttəfiqimizdir. Əgər Ermənistan nəyinsə onlar üçün xeyirli olduğuna inanırsa, təbii ki, biz bunu dəstəkləyirik", - Overçuk bildirib.
O, Rusiyanın Cənubi Qafqazda maraqlarına tam cavab verən sülh proseslərinə dəstək verdiyini vurğulayıb.
“Əlbəttə ki, açıq şəkildə əldə edilə bilən razılaşmalar çərçivəsində bəzi nüanslar yaranır ki, biz Ermənistan və Azərbaycan tərəfləri ilə birlikdə dəqiqləşdirməli olacağıq”, - Overçuk əlavə edib.
- Maaşa dair yeni tələb müəyyənləşir
- Qusarda sel elektrik dirəklərini dağıtdı - Video
- WUF13-ə hazırlıq: Bakıda mərkəzi yollar bağlanır
- Azərbaycanda 3 liman bağlandı
- “Kontakt”da növbəti 100 000 manat uduldu
- Bu ərazidə ağac aşdı, yol bağlandı
- Siyəzəndə körpü aşdı: kəndlərlə əlaqə kəsildi - Video
- Yağış nə vaxta kimi davam edəcək?