ABŞ-ın Azərbaycandakı sabiq səfirləri Riçard Morninqstar və Robert Sekuta administrasiyaya müraciət edərək, 8 avqustda Vaşinqtonda keçirilən tarixi sammitdə qəbul edilmiş qərarların icrasını uzatmamağı və Cənubi Qafqazda daha fəal işləməyi tövsiyə ediblər. Həqiqətən sammitin qərarlarını uzatmaq təhlükəlidir, İran və Rusiyadakı mühafizəkar dairələr Vaşinqton razılaşmalarının yerinə yetirilməsini əngəlləmək üçün planlar qurmağa başlayıblar. Bu, onların təxribatçı açıqlamalarından da anlaşılır.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
O bildirib ki, amerikalı diplomatların birgə müraciətində “ABŞ administrasiyası eyni zamanda Türkiyə, Gürcüstan və Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq edərək, yeni nəqliyyat marşrutlarının potensialını tam reallaşdırmalıdır” cümləsi də diqqətçəkicidir:
“Bu, ABŞ-ın Zəngəzur dəhlizi vasitəsilə Avrasiya bölgəsində, o cümlədən Mərkəzi Asiyada möhkəmlənməsinin vacibliyindən xəbər verir. ABŞ Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiyanın zənginliklərinə çıxış imkanı qazanacaq. Bu, eyni zamanda Mərkəzi Asiya ölkələrinin də siyasi və iqtisadi maraqlarına cavab verir. Mərkəzi Asiya ölkələri Rusiya və Çindən iqtisadi asılılıqlarını azaltmağa çalışırlar. Zəngəzur dəhlizindən istifadə onlara bu imkanı qazandıracaq”.
- Maaşa dair yeni tələb müəyyənləşir
- Qusarda sel elektrik dirəklərini dağıtdı - Video
- WUF13-ə hazırlıq: Bakıda mərkəzi yollar bağlanır
- Azərbaycanda 3 liman bağlandı
- “Kontakt”da növbəti 100 000 manat uduldu
- Bu ərazidə ağac aşdı, yol bağlandı
- Siyəzəndə körpü aşdı: kəndlərlə əlaqə kəsildi - Video
- Yağış nə vaxta kimi davam edəcək?