Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona səfəri zamanı iki dövlət başçısının səmimi dialoqunu əks etdirən videogörüntülər yayılıb.
BUTA.TV xəbər verir ki, görüş zamanı Prezident İlham Əliyevin Azərbaycanla ABŞ arasında Anlaşma Memoandumunu imzaladığı qələmi “tarixi qələm” adlandıraraq xatirə kimi özü ilə götürməsi diqqət çəkib.
D.Tramp isə Azərbaycan liderinin imzasının gözəl olduğunu deyib və Prezident İlham Əliyevi Qarabağ məsələsində göstərdiyi qətiyyətə görə “böyük lider” adlandırıb.
Azərbaycan Prezidenti, öz növbəsində, dünyadakı bir çox yerlərdə münaqişənin həllinə töhfə verən, sülh gətirən böyük liderin məhz onun yanında əyləşdiyini söyləyib.
Daha sonra D.Tramp Prezident İlham Əliyevin yüksək səviyyədə danışıq aparma bacarığını vurğulayaraq ona həm özü, həm də nəvələri üçün qızıl sikkələr hədiyyə edib.
Yekunda ABŞ lideri Azərbaycan Prezidenti ilə görüşün yüksək əhəmiyyətini ifadə edən daha bir hədiyyəni - Ağ Evin rəmzi açarını Azərbaycan Prezidentinə təqdim edib.
- Maaşa dair yeni tələb müəyyənləşir
- Qusarda sel elektrik dirəklərini dağıtdı - Video
- WUF13-ə hazırlıq: Bakıda mərkəzi yollar bağlanır
- Azərbaycanda 3 liman bağlandı
- “Kontakt”da növbəti 100 000 manat uduldu
- Bu ərazidə ağac aşdı, yol bağlandı
- Siyəzəndə körpü aşdı: kəndlərlə əlaqə kəsildi - Video
- Yağış nə vaxta kimi davam edəcək?