Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) 8 avqust 2025-ci ildə Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanmış tarixi sülh sənədini alqışlayıb.
BUTA.TV xəbər verir ki, bu barədə XİN-in bəyanatında bildirilib.
“Bu tarixi saziş Cənubi Qafqazda davamlı sülhün bərqərar edilməsi istiqamətində mühüm addımdır və regionun uzunmüddətli, sabit inkişafı üçün yeni imkanlar yaradır. Gürcüstan regionda sülhün möhkəmləndirilməsini və əməkdaşlığın genişləndirilməsini qətiyyətlə dəstəkləyir”, - bəyanatda vurğulanıb.
Həmçinin ABŞ-ın və şəxsən Prezident Donald Trampın Cənubi Qafqazda onilliklərdir davam edən münaqişənin həllindəki rolu yüksək qiymətləndirilib:
“Ümid edirik ki, bu tarixi hadisə Qara dəniz regionunda və bütün dünyada mövcud münaqişələrin sülh yolu ilə həlli baxımından zəncirvari təsir göstərəcək”.
Xatırladaq ki, imzalanmış sənədə əsasən, Azərbaycan və Ermənistan hərbi əməliyyatları həmişəlik dayandırmaq, ticarət, kommunikasiya və diplomatik münasibətləri, qarşılıqlı səfərləri bərpa etmək, bir-birinin suverenliyinə və ərazi bütövlüyünə hörmət etmək öhdəliyini götürüblər.
- Bu şəxslərin maaşları arta bilər - Deputatdan müjdə
- Bakıda bu yol qismən bağlandı - 3 qurumdan birgə məlumat
- İranla sərhəddə 21 kq marixuana aşkarlandı
- Buraxılış imtahanı suallarının düzgün cavabları açıqlandı
- Zəhərlənən uşaqlardan 2-sinin vəziyyəti ağırdır
- Güclü yağışlar: Məktəblərdə davamiyyət necədir?
- Kəmaləddin Heydərov su basan ərazidə - Video
- Operativ nəqliyyat vasitələrinin siyahısı genişləndirilir