ABŞ Bakı və İrəvan arasında əldə olunacaq saziş çərçivəsində Azərbaycan və Ermənistan əraziləri arasında nəqliyyat dəhlizinin idarə olunması hüquqlarını əldə edə bilər.
BUTA.TV xəbər verir ki, bu barədə “Röyters” agentliyi mənbələrə istinadən məlumat yayıb.
Agentliyin verdiyi məlumata görə, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Ermənistan və Azərbaycanın liderləri – Nikol Paşinyan və İlham Əliyevi Ağ Evdə qəbul edəcək. Görüşün nəticəsi olaraq sülhə aparan konkret yolun tapılması və çoxdan həll olunmamış tranzit məsələsinin həlli məqsədilə çərçivə sülh sazişinin imzalanması gözlənilir.
Mənbələrin verdiyi məlumata görə, Ermənistan ABŞ-a uzunmüddətli dövr üçün “Beynəlxalq sülh və rifah üçün Tramp Marşrutu” adını alacaq nəqliyyat dəhlizinin inkişafı üzrə eksklüziv hüquqlar verməyi planlaşdırır.
Mənbələr qeyd ediblər ki, bu marşrut Ermənistan qanunvericiliyinə uyğun şəkildə istismar olunacaq, ABŞ isə həmin ərazini infrastruktur və idarəetmə məqsədilə konsorsiuma subarendaya verəcək.
Nəşrin məlumatına görə, danışıqlardan sonra Azərbaycan və Ermənistan liderləri sülh sazişinin imzalandığını elan edə bilərlər.
Qeyd edək ki, bu gün Vaşinqtonda Donald Trampın İlham Əliyev və Nikol Paşinyanla görüşü gözlənilir.
- Özü “müvəqqəti”dir, ancaq “ən yüksək vəzifə” verdi
- Bu xidmət Mədəniyyət Nazirliyinin əlindən alınır
- Heydərov Bibiheybətdə sürüşmə təhlükəsi olan ərazidə - Video
- Bakının bu ərazilərində sürüşmə aktivləşdi
- Bu, ABŞ-ın İrandan “oğurluq” əməliyyatıdır? - Bəqai
- Gəncədə faciəvi şəkildə ölən 19 yaşlı Ləmanın - Fotosu
- Keşlədə 97 sakin təxliyə olundu - FHN
- Qida borusunda yemək qalan qadın öldü