Azərbaycanı İsrailə öz ərazisindən İrana qarşı istifadə etməkdə ittiham etməmişik.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai Ermənistan KİV-ə müsahibəsində İsrailin ölkəsi ilə son münaqişədə Azərbaycan ərazisindən istifadəsi ilə bağlı təxribatçı sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, bu, İran Prezidenti Məsud Pezeşkianla Azərbaycan Prezidenti İlham Əliyev arasında adi bir telefon danışığı olub və müxtəlif ikitərəfli və regional məsələlər müzakirə edilib:
"Prezident Pezeşkian həmin söhbətdə bu məsələni qaldırsa da, Azərbaycanın hücuma cəlb edildiyi anlamında danışmayıb. Bütün dövlətlər, o cümlədən Azərbaycan və Ermənistan beynəlxalq hüquqa əsasən, onların ərazilərinin üçüncü tərəflər tərəfindən başqa dövlətə qarşı istifadə olunmasına yol verməməlidir".
XİN rəsmisi əlavə edib ki, bu, konkret ittiham deyil, ümumi xarakterli çağırış idi.
- Bibiheybətdə sürüşmə: bu avtobusların hərəkəti dəyişdirildi
- Bakıda yol çökdü, AYNA-nın maşını həmin çuxura düşdü - Foto
- SEPAH İsrailin konteyner gəmisini vurdu
- Bu təhsil müəssisələrində tədris dayandırıldı - Rəsmi
- Sitalçayda 6 evdən 13 nəfər təxliyə edilib - FHN rəsmisi
- Buraxılış imtahanında riyaziyyat fənni üzrə mübahisəli sual...
- ADY yanvar-mart aylarında 24% daha çox sərnişin daşıyıb
- Bakıda 23 yaşlı gənc faciəvi şəkildə öldü