Kreml münasibətləri pisləşən ölkələrə, xüsusən də keçmiş sovet respublikalarına qarşı sevimli təzyiq alətindən növbəti dəfə istifadə etdi. Bakı ilə Moskva arasında gərgin münasibətlər fonunda “Rosselxoznadzor” Azərbaycandan kənd təsərrüfatı məhsullarının idxalına nəzarəti gücləndirir. Yayın əvvəlindən Rusiya Fitosanitar Nəzarəti Xidməti dəfələrlə Azərbaycandan gələn pomidor, şaftalı, nektarin və hətta kartof partiyalarında təhlükəli zərərvericilərin və pozğunluqların aşkar edildiyini açıqlayıb. Belə ki, Novosibirskdə Cənubi Amerika pomidor güvəsinin, Krasnodarda şaftalıda Qərb gülü tripsi, Belarusda isə Azərbaycan kartofunda nitratların normadan artıq olması “aşkar edilib”.
BUTA.TV xəbər verir ki, bu sözlər erməni mediasının Rusiyada Azərbaycandan idxal edilən kənd təsərrüfatı məhsullarına qarşı addımları haqda dərc edilən məqalədəndir.
Məqalədə iyulun 11-dən etibarən Azərbaycanın “Allbuy” MMC və “Milk Products” MMC şirkətləri tərəfindən istehsal olunan bütün növ süd məhsullarının Rusiyaya idxalına qadağa tətbiq edidiyi də xatırladılıb.
Erməni mediası 2025-ci ilin 27 iyunundan Rusiyaya Ermənistandan idxal edilən gülə məhdudiyyətlər qoyulduğunu da vurğulayıb.
- Bu şəxslərlə bağlı NK-dan mühüm qərar
- İrandan Azərbaycana təxliyə olunanların son sayı...
- Zəhərlənən uşaqlarla bağlı daha bir rəsmi açıqlama
- Peşə-Əmək Reabilitasiyası Mərkəzinə daha 71 nəfər qəbul edildi
- Evinin damını təmir edərkən yıxıldı, öldü
- “Rehabus” layihəsi üzrə əlilliyi olan 3 minədək uşağa xidmət göstərilib
- Azər Maqsudov amnistiyaya düşdü
- Bakcell ilə ingilis dilini “Singit” tətbiqində öyrən