Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Prezidenti Ərsin Tatar Şimali Kiprə göstərdiyi xüsusi diqqətə görə Azərbaycan Prezidenti İlham Əliyevə və bütün Azərbaycan xalqına minnətdarlığını bildirib.
BUTA.TV xəbər verir ki, Şimali Kiprin lideri bu barədə İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Xankəndidə keçirilən 17-ci Zirvə görüşündə iştirak etmək üçün Azərbaycana səfərinin yekunlarına dair mətbuat konfransında deyib.
“Mən Lefkoşanın türk dövlətləri ilə əlaqələrinin inkişafına, o cümlədən ədalətsiz sanksiyaların və embarqoların aradan qaldırılmasına verdiyi töhfəyə görə Azərbaycan və Türkiyəyə təşəkkür edirəm. Azərbaycanla əlaqələrin hərtərəfli inkişafı faktı bizi xüsusilə sevindirir”, - Ə.Tatar əlavə edib.
Onun sözlərinə görə, ECO-nun Xankəndidə keçirilən Zirvə görüşü dünya ictimaiyyətində Şimali Kiprlə ilə bağlı məlumatlılığı artırıb.
“ECO çərçivəsində münasibətlər tarixində ilk dəfə olaraq biz belə yüksək səviyyədə təmsil olunduq, özümüzü böyük bir ailənin bir parçası kimi hiss etdik. Zirvə görüşünün keçirildiyi zalda digər dövlətlərin bayraqları ilə yanaşı ŞKTC bayrağının da asılması Lefkoşanın dialoq tərəfdaşı kimi tanınmasından xəbər verir", - siyasətçi qeyd edib.
- Aprelin pensiyası bu tarixdə veriləcək
- Bakıda universitetlərdə dərslər dayandırılıb?
- Bu şəxslərlə bağlı NK-dan mühüm qərar
- İrandan Azərbaycana təxliyə olunanların son sayı...
- Zəhərlənən uşaqlarla bağlı daha bir rəsmi açıqlama
- Peşə-Əmək Reabilitasiyası Mərkəzinə daha 71 nəfər qəbul edildi
- Evinin damını təmir edərkən yıxıldı, öldü
- “Rehabus” layihəsi üzrə əlilliyi olan 3 minədək uşağa xidmət göstərilib