5 il ərzində bütün imtahanların elektron formada keçirilməsi nəzərdə tutulur. Bəzi elektron formada keçirilən imtahanlarda dələduzluq halları ilə rastlaşmaq mümkündür. Bu bütün dünyada görülə bilən vəziyyətdir. Biz elektron formaya keçəndə belə halların olmasını istəmirik. Buna görə də buna ehtiyatla keçid etməyin tərəfdarıyıq.
BUTA.TV xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə beşinci “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinin tədbirində bildirib.
“Kontingenti 10 mindən çox olmayan imtahanların gələn ildən etibarən tam şəkildə elektron formada keçirilməsi nəzərdə tutulur. Kontingenti 20 minə çatan imtahanlar isə hələlik kağız daşıyıcılar üzərindən təşkil olunacaq",- M.Abbaszadə qeyd edib.
- Bakının bu ərazilərində söküntü olacaq - Siyahı
- Yerdən tapılan pul: Bu hal qanunla necə tənzimlənir?
- Aprelin pensiyası bu tarixdə veriləcək
- Bakıda universitetlərdə dərslər dayandırılıb?
- Bu şəxslərlə bağlı NK-dan mühüm qərar
- İrandan Azərbaycana təxliyə olunanların son sayı...
- Zəhərlənən uşaqlarla bağlı daha bir rəsmi açıqlama
- Peşə-Əmək Reabilitasiyası Mərkəzinə daha 71 nəfər qəbul edildi