ECO-nun 17-ci Zirvə görüşünün Xankəndidə keçirilməsi – liderlərin bu şəhərə toplanmasının əhəmiyyəti bir neçə kontekstdə önə çıxır.
Birincisi, cari gündəm fonunda diqqət çəkir: Moskvanın Bakıya təzyiqi qarşısında Azərbaycanın güclü cəbhəyə sahib olduğu məhz Xankəndidə - Rusiyanın dəstəyinə rəğmən məhv edilən erməni separatizminin keçmiş “yuvası”nda nümayiş etdirilir; toplantının məqsədi bu olmasa da, mövcud situasiyada yerinə düşən məqamdır;
İkincisi, Cənubi Qafqaza qayıtmağa çalışan Rusiyada həm Azərbaycana, həm də Ermənistan hakimiyyətinə təzyiq məqsədilə Qarabağ iddialarının yenidən gündəmə gəlməsi, eləcə də Moskvaya ümid edən erməni revanşistlərin eyni proqramla aktivləşməsi fonunda Bakı Xankəndidən təkcə separatizmin özü yox, perspektivlərinin də məhv edildiyini sərgiləyir; bu, Qarabağın regional siyasətdə rıçaq olmaqdan çıxdığının əyani surətdə göstərilməsidir;
Üçüncüsü, Xankəndi beynəlxalq tədbirlərə ev sahibliyi edən məkana – siyasi dialoq mərkəzinə çevrilir: Zirvə toplantısının bu şəhərdə keçirilməsinin uzunmüddətli hədəfi belə qiymətləndirilə bilər.
- Bakının bu ərazilərində söküntü olacaq - Siyahı
- Yerdən tapılan pul: Bu hal qanunla necə tənzimlənir?
- Aprelin pensiyası bu tarixdə veriləcək
- Bakıda universitetlərdə dərslər dayandırılıb?
- Bu şəxslərlə bağlı NK-dan mühüm qərar
- İrandan Azərbaycana təxliyə olunanların son sayı...
- Zəhərlənən uşaqlarla bağlı daha bir rəsmi açıqlama
- Peşə-Əmək Reabilitasiyası Mərkəzinə daha 71 nəfər qəbul edildi