Hindistan qanunsuz şəkildə bölgədə su axınını dayandırır.
BUTA.TV Teleqraf-a istinadən xəbər verir ki, bunu Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündəki çıxışında deyib.
O bildirib ki, Hindistanın Pakistana qarşı hücumu zamanı ECO ölkələrinin onlara verdiyi dəstəyi yüksək qiymətləndirir.
"Hazırda Hindistan Pakistanın bəzi torpaqlarını işğal altında saxlayır. Lakin bütün bu gərginliyə baxmayaraq, biz münaqişəni sülh yolu ilə həll etməyə üstünlük veririk və öz gücümüzə arxalanırıq. Eyni zamanda, Hindistanın qanunsuz şəkildə bölgəyə su axınını dayandırması yerli əhalini çox çətin vəziyyətdə qoyur. Digər tərəfdən, Qəzzada baş verən humanitar böhran da təxirəsalınmaz və təsirli addımların atılmasını tələb edir".
- Bakının bu ərazilərində söküntü olacaq - Siyahı
- Yerdən tapılan pul: Bu hal qanunla necə tənzimlənir?
- Aprelin pensiyası bu tarixdə veriləcək
- Bakıda universitetlərdə dərslər dayandırılıb?
- Bu şəxslərlə bağlı NK-dan mühüm qərar
- İrandan Azərbaycana təxliyə olunanların son sayı...
- Zəhərlənən uşaqlarla bağlı daha bir rəsmi açıqlama
- Peşə-Əmək Reabilitasiyası Mərkəzinə daha 71 nəfər qəbul edildi