Azad edilmiş ərazilərdə 4 il ərzində ilk dəfə olaraq həmkarımız mina qurbanı oldu.
BUTA.TV APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin bu gün keçirilən iclasında yeni “Minatəmizləmə fəaliyyəti haqqında” qanun layihəsinin müzakirəsində Azərbaycan Respublikası Minatəmizləmə Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov deyib.
“O, tələ minanın zərərsizləşdirilməsi zamanı həlak oldu. Minatəmizləmə zamanı həlak olmuş şəxslərə xüsusi titul verilməsini bizdən xahiş edirəm. Minatəmizləmə zamanı həlak olanlara da şəhid adının verilməsi məsələsini qaldırmağı xahiş edirəm”- deyə o qeyd edib.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN