İdarə Heyəti sədrimiz Tehran Amiraslanov, MÜSİAD Azerbaycan İdarə Heyətinin sədri Rəşad Cabirli və İdarə Heyəti üzvlərlə birlikdə Quba Rayon İcra Hakimiyyətinin başçısı cənab İlqar Mahmudov və bərabərindəki heyətlə görüşüb.
BUTA.TV xəbər verir ki, görüş zamanı "QİAD"ın strateji hədəfləri, məqsədləri, gələcək planları haqqında RİH başçısına məlumat verilib. Daha sonra regionda fəaliyyət göstərən sahibkarları dəstəkləyərək onların inkişafına təkan vermək, yerli iqtisadi tərəqqiyə töhfə vermək, dayanıqlı və rəqabət qabiliyyətli iş mühitinin formalaşdırılması məqsədilə görüləcək işlər ətrafında fikir mübadiləsi aparılıb. Eyni zamanda bölgəyə investisiyaların cəlb olunmasının qarşımızda duran vacib prioritetlərdən biri olduğu bildirilib.
İlqar müəllim 25 Oktyabrda Qubada keçiriləcək #SahibkarlarlaGörüş tədbirinin əhəmiyyətini vurğuladı və "QİAD"-ın gələcək fəaliyyətində mümkün dəstəyini əsirgəməyəcəyini bildib.
MÜSİAD Quba Rayon İcra Hakimiyyətinin başçısının səmimi qəbuluna və dəstəklərinə görə dərin təşəkkürlərini bildiib.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN