Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulqadir Uraloğlu nəqliyyat dəhlizinin Ermənistan və İran üzərindən qısa zamanda açılacağını qətiyyətlə bildirib. O, bunun zaman məsələsi olduğunu deyib.
BUTA.TV xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu qeyd edib.
Onun sözlərinə görə, Yaxın Şərqdəki hadisələr, o cümlədən İsraillə İran arasında müharibə ehtimalının artması fonunda Orta dəhlizin İrandan keçəcəyi mümkün görünmür:
“Müharibə başlayarsa, yüklərin İrandan daşınması riskli olacaq. Ümid Zəngəzur dəhlizinin açılmasına qalır. Nikol Paşinyan son açıqlamasında 9 (10) noyabr 2020-ci il üçtərəfli bəyanata uyğun olaraq dəhlizin Rusiya hərbçilərinin nəzarətində olmasına razılaşdığına eyham vurub. Rəsmi Bakı dəhlizin Rusiyanın nəzarəti altında olmasına etiraz etmir. Ankaranın da Rusiya hərbçilərinin dəhlizə nəzarət etmələrinin əleyhinə bəyanatı yoxdur. Ankara istənilən varianta razıdır, təki Orta dəhliz işə düşsün və Çindən çıxan yüklər qısa zaman kəsiyində Türkiyəyə çatdırılsın”.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN