Masallı rayonunda baş verən yol-nəqliyyat hadisəsi nəticəsində piyada həyatını itirib.
BUTA.TV xəbər verir ki, hadisə gecə saatlarında köhnə Ələt-Astara magistral yolunun Masallı rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.
Astara istiqamətində hərəkətdə olan "Mersedes Vito" markalı avtomobil yolu keçmək istəyən 1980-ci il təvəllüdlü Masallı rayonunun Sərçuvar kənd sakini Məhərrəm Əlihüseyn oğlu Seyfiyevi vurub.
Sürücü, ağır xəsarət alan piyadanı Lənkəran rayon mərkəzi xəstəxanasının təcili yardım şöbəsinə çatdırsa da, piyada aldığı xəsarətlərdən dünyasını dəyişib.
Hazırda faktla bağlı araşdırma aparılır.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN