Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən şəhərsalma nəzarəti qaydasında keçirilən monitorinq zamanı Suraxanı rayonu ərazisində bir sıra qanunsuz tikinti faktları aşkar edilib.
Komitədən BUTA.TV-a bildirilib ki, nəticədə rayonun Yeni Suraxanı qəsəbəsi ərazisində kənd təsərrüfatı təyinatlı torpaq sahələrində aparılan özbaşına tikintinin (100 kvadratmetr və 60 kvadratmetr ölçüdə) və zəbt edilən 0,03 hektar ərazinin hasarlanma işlərinin qarşısı alınıb.
Bütün faktlar üzrə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarənin əməkdaşları tərəfindən müvafiq tədbirlər görülərək qanunsuz tikililərin söküntüsü təmin edilib.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN