Naftalan İcra Hakimiyyətinin tenderi ləğv edilib.
BUTA.TV Tribunainfo-ya istinadla xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qərar qəbul edib.
Məlumatda bildirilir ki, Naftalan İcra Hakimiyyəti başçısının 1 saylı Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi Naftalan şəhərinin daxili yollarınə əsaslı təmir etmək fikrində olub. Bu məqsədlə 349 min manat pul da ayırıb. Amma məlum olub ki, İcra Hakimiyyəti qiymətləndirmə prosesində şişirtməyə gedib və xərcləri çox göstərib. Elə bu səbəbdən də Anti-İnhisar
İstehlak Bazarına Nəzarət Dövlət Xidməti AİBNDX/SQ-9133/2024 saylı qərar qəbul edib. Həmin qərara əsasən Naftalan İcra Hakimiyyətinə tövsiyyələrlə yanaşı, xəbərdarlıq da edilib.
Xatırladaq ki, Naftalanın icra başçısı Vüqar Vahid oğlu Novruzovdur. 1980-ci il təvəllüdlü icra başçısının atası isə Azərbaycan Respublikası Auditorlar Palatasının sədri Vahid Novruzovdur.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN