Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi şəhərsalma nəzarəti qaydasında keçirdiyi monitorinq zamanı Bakının Yeni Suraxanı qəsəbəsində qanunsuz tikinti faktları aşkar edib.
Komitədən BUTA.TV-a verilən məlumata görə, qəsəbədə kənd təsərrüfatı təyinatlı torpaq sahələrində aparılan özbaşına tikintinin (100 kv.m və 60 kv.m ölçüdə) və qanunsuz zəbt edilən 0,03 ha ərazinin hasarlanma işlərinin qarşısı alınıb.
Bütün faktlar üzrə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarənin əməkdaşları müvafiq tədbirlər görərək qanunsuz tikililərin söküntüsünü təmin edib.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN