Bakının Nizami rayonu, Qara Qarayev prospektində “E1” nömrəli avtobusun ictimai nəqliyyat vasitəsi üçün ayrılmış zolaq olduğu halda avtomobil zolağı ilə hərəkət etməsi sürücülərin narazılığına yol açıb.
BUTA.TV xəbər verir ki, bununla bağlı Teleqram kanalında görüntülər paylaşılıb.
Görüntülərdə avtobusun 1.1 üfüqi nişanlama xətti ilə digər zolaqlardan ayrılan xətti pozaraq, avtomobillər üçün nəzərədə tutulmuş yola keçdiyi əks olunub.
Yol hərəkət qaydalarına əsasən, avtobusun digər zolağa keçməsi 1.1 üfüqi nişanlama xəttinin tələbinin pozulmasıdır. Belə olan halda sürücülərə İnzibati Xətalar Məcəlləsinin (İXM) 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə tətbiq edilir.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN