Oktyabrın 8-də Moskvada keçirilən MDB dövlət başçılarının sammitində liderlər İkinci Dünya müharibəsində öz xalqlarının rolu və gördüyü işlərdən danışıblar.
BUTA.TV Globalinfo.az-a istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş vitse-spikeri Eduard Şarmazanov deyib.
O, Ermənistan rəhbərliyinin bu mövzuda heç bir fikir səsləndirməyini bildirib:
“Bütün liderlər xalqlarının 1941-1945-ci illərdə Böyük Vətən müharibəsində gördüyü işlər haqda xatırlatma ediblər. Azərbaycan Prezidenti İlham Əliyev də onlar biri idi. Əliyev qələbədə Sovet Azərbaycanı, Bakı nefti və müharibədə payı olan azərbaycanlıların rolunu vurğuladı. Moskvada elə bir təəssürat yaranmışdı ki, sanki qələbənin əsas təminatçılarından biri onlardır, Bakı nefti olmasa, məğlubiyyət qaranti idi. Lakin Ermənistanın Baş naziri Nikol Paşinyan sadəcə susdu, heç bir şey danışmadı. Nə Sovet Ermənistanı, nə də müharibəyə qatılan ermənilər haqda bir kəlmə də demədi”.
Qeyd edək ki, 7-8 oktyabr tarixlərində Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilib.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN