Sərhədlərin delimitasiyası üzrə Ermənistan və Azərbaycan dövlət komissiyalarının işi haqqında əsasnamədə Nikol Paşinyanın imzası yoxdur, o, bu sənədi imzalamaq səlahiyyətini müavini Mger Qriqoryana verib.
BUTA.TV xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Tahui Tovmasyan deyib. O bildirib ki, Konstitusiya Məhkəməsinə Nazirlər Kabinetinin rəhbəri tərəfindən imzalanmış kağız daxil olmayıb:
“Sənəd elektron şəkildə göndərilib. Konstitusiya Məhkəməsinə müraciətin düzgün forması isə imzanın və möhürün olmasıdır. Bundan sonra Konstitusiya Məhkəməsi hökumətə bəyanat göndərib, sənədin imzalı və möhürlü göndərilməsini tələb edib. Paşinyan isə Qriqoryana sənədi imzalamaq səlahiyyəti verib. Paşinyan baş verənlərə görə məsuliyyət daşıdığını və bütün qərarları özü verdiyini deyəndə, sual yaranır: niyə reqlamenti imzalamayıb? Onun imzası olan kağız yox idi, sadəcə boş vərəq, hökumətin bəyanatı idi. Sonra Qriqoryana etibarnamə verilib və o, artıq imzalanmış sənədi göndərib. Bu adamdan hansı məsuliyyəti tələb edirik? Hamıya problem yaradıb, özü də ondan yaxa qurtarmaq istəyir. Baş nazir ölkənin ərazi bütövlüyü ilə bağlı heç bir sənəd imzalamaq istəmir ki, sonradan məsuliyyəti başqalarının üzərinə ata bilsin. Belə olan halda o, deyə bilər ki, sənədi Qriqoryan imzalayıb, sonra həmin sənədi parlamentə aparıb bununla da öz fraksiyasını zərbə altında qoyacaq və adəti üzrə deyəcək ki: axı, bunu parlament qəbul edib”.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN