Ötən gün Moskvada keçirilən MDB Dövlət Başçıları Sammindən Ermənistan Baş naziri Nikol Paşinyanın yayılan fotoları erməni mediasında isterika ilə qarşılanıb.
BUTA.TV xəbər verir ki, erməni mediası Paşinyanın Azərbaycan bayrağı önündə baş əyməsi, eyni zamanda Azərbaycan lideri İlham Əliyevin qarşısında başını əyərək, pencəyini “düzəltməsi” təəssüratı yaradan fotoların erməni baş naziri aşağılamaq üçün yayıldığını iddia edirlər.
Bildirilib ki, bu fotoları Rusiya prezidentinin fotoqraflarından olan Kristina Kormilitsina çəkib və yayıb. Onun bu fotoları yaymaqda məqsədi də Paşinyanı miskin göstərməkdir.
Qeyd edək ki, 1984-cü il təvəllüdlü Kristina Kolminitsina Rusiya Dövlət Sosial Universitetində jurnalist, sonra isə Moskva Dövlət Universitetində fotojurnalist ixtisası üzrə təhsil alıb. 2015-ci ildə Rusiyanın ən yaxşı fotoqrafı seçilib. O, həmçinin Qarabağ münaqişəsi haqda çəkdiyi filmlə tanınır.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN