“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığıi ilə Xətai rayonu, Heydər Əliyev adına istirahət parkında növbəti “Tullantıları hədiyyələrə dəyiş” festivalı keçirilib.
Festival çərçivəsində vətəndaşlar ümumi tutumu 3483 litr olan plastik, 495 litr olan şüşə və 479 ədəd işlənmiş batareya təhvil verərək əvəzində kitab, ekoçanta, məktəb ləvazimatlar və digər müxtəlif hədiyyələr əldə ediblər.
Tədbir zamanı uşaqlarla tullantıların çeşidlənməsinə dair maarifləndirici oyun keçirilib, ekoçantalar üzərində rəsmlər çəkilib.
“Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilən tədbir tullantıların qarşısını almaq, resurslardan daha səmərəli istifadə etmək, tullantıları mənbəyində toplayıb təkrar emal etmək, tullantıların düzgün idarə olunmasını stimullaşdırmaq məqsədilə təşkil olunub.
Qeyd edək ki, payız əkin mövsümündə “Tullantıları tinglərə dəyiş” aksiyası yenidən start götürəcək. Bu barədə elan öncədən Nazirliyin sosial şəbəkə hesablarında və rəsmi saytında paylaşılacaq.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN