“Siemens” şirkəti “Akkuyu” AES-ə avadanlıqların tədarükü ilə bağlı müqavilə öhdəliklərini pozub, onunla danışıqlar müsbət olmadı. Nəticədə bütün lazımi komponentlər Rusiyaya dost ölkələrdə tapıldı və artıq obyektə çatdırılıb.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak deyib.
“Rosatom” türkiyəli tərəfdaşları ilə birlikdə bütün lazımi düzəliş tədbirlərini dərhal həyata keçirib və həllini tapıb. Alternativ avadanlıq dost ölkələrdən alınıb. Hazırda avadanlığın ilk partiyası artıq “Akkuyu” AES-ə çatdırılıb”, - o bildirib.
Novak əlavə edib ki, “Akkuyu” AES-in birinci blokunun işə salınma tarixi dəqiqləşdirilir, lakin stansiyanın bütün dörd enerji bloku 2028-ci ildə işə başlayacaq.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN