İngiltərənin "Mançester Siti" klubunun və Norveç millisinin üzvü Erlinq Haaland dünyanın ən bahalı futbolçusu olub.
BUTA.TV Report-a istinadla xəbər verir ki, məşhur "Transfermarkt" portalı bəzi oyunçuların qiymətini yeniləyib və 24 yaşlı hücumçunun dəyərini 180 milyon avrodan 200 milyona qaldırıb.
Daha əvvəl Erlinq Haaland "Real"ın (Madrid, İspaniya) futbolçuları Cud Bellinqem, Vinisius Junior və Kilian Mbappe ilə 1-ci pilləni bölüşdürürdü. Son üç futbolçunun transfer qiyməti dəyişməyib - 180 milyon avro.
Qeyd edək ki, Erlinq Haaland 200 milyon avro dəyərinə çatan ikinci oyunçu olub. 2018-ci ilidə Mbappe bunu bacarmışdı.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN