Vətən müharibəsində qəhrəman Azərbaycan əsgərinin simvoluna çevrilən Vüsal Şahkərimov (Topçu Vüsal) tələbə adını qazanıb.
BUTA.TV Modern.az-a istinadən xəbər verir ki, o, Rusiyanın Şimali Qafqaz Federal Universitetinə qəbul olub.
Vüsal Şahkərimov 2001-ci il iyunun 29-da Xaçmaz rayonunun Qusarçay kəndində anadan olub. Şəhid Arif Məmmədov adına orta məktəbi bitirdikdən sonra əsgərliyə yollanıb.
O, hərbi xidmətdən qayıtdıqdan sonra Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsində çalışırdı.
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı
- Bu ərazilərdə suçəkmə işləri həyata keçirilir - FHN