ABŞ-ın Ukraynaya münaqişənin gedişatını istədiyi səmtə yönəltməsinə imkan verəcək “sehrli güllə”si yoxdur.
BUTA.TV xəbər verir ki, bunu brifinqdə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.
"Münaqişənin gedişatını dəyişdirə biləcək sehrli vasitə kimi qəbul etdiyiniz digər sistemlər və taktikalardan artıq danışdıq. Amma düşünürəm ki, biz həmişə açıq şəkildə bildirmişik ki, biz bunu belə görmürük", - M.Miller söyləyib.
Miller əlavə edib ki, Vaşinqton Kiyevə göstərilən dəstəyə hərtərəfli baxır və tədarük edilən hər bir silah növünün döyüş meydanındakı vəziyyətə və bütövlükdə Ukraynanın strategiyasına necə təsir edəcəyini qiymətləndirir.
- Bu ərazidə satılan evlər təhlükəlidir - Diqqət!
- Həkəri çayından Bakıya içməli su çəkilə bilər - Video
- Bu gün Pasxa bayramıdır
- DİN: İlk üç ayda avtoqəzalarda ölənlərin əksəriyyəti…
- Sabiq nazirin həyat yoldaşı vəfat etdi
- 42 yaşlı kişi restoranda öldü
- Aşınmanın olduğu hissə indiyədək restavrasiya olunmayıb...
- İmişlidə ev sahibi ilə birgə yandı